Zərif dadı, təmiz tərkibi və premium keyfiyyəti ilə fərqlənin
Ölkənin ən lüks meyvə nastoykası.
Fruit Harmony — meyvənin saf və zərif dadını təqdim edən təbii nastoykadır. EA Company tərəfindən yüksək keyfiyyətli meyvələr əsasında hazırlanır.
Ənənəvi reseptlərlə hazırlanan bu içki, ləzzət və harmoniyanı birləşdirərək xüsusi zövq yaradır. Məqsədimiz, sizə hər qurtumda təbiiliyi və zövqlü anları yaşatmaqdır.
Məhsullarımıza Baxınİlk öncə meyvə bağlarına baxış keçirilir və meyvənin sulu, qoxulu və təravətli olması yoxlanılaraq ən keyfiyyətli meyvələr alınır.
Alınan meyvələr sənayemizə daxil olduqdan sonra meyvələr tam steril şəkildə yuyulur və tumları çıxarılır.
Daha sonra meyvələr təbii buğdadan hazırlanmış “lyuks” markalı etil spirtinə əlavə edilir. Ardınca prosesə davam etmək üçün “Reverse Osmosis” sistemi ilə təmizlənmiş və yumşaldılmış su və təbii şəkər tozundan hazırlanmış sirop daxil edilir. Meyvədən asılı olaraq xammal çənlərimizdə 3-6 ay arası gözlədilir. Bu zaman ərzində meyvə öz dadını, ətrini və rəngini spirtə ötürür. Yekun olaraq meyvə emal çənlərindən çıxarılır və növbəti mərhələyə keçid edilərək filterlənmə prosesinə başlanılır. Düzgün qaydada edilmiş filterlənmə məhsulda olan çöküntünün qarşısını alır. Laboratoriyaya göndərilən məhsul bütün standartlara cavab verdikdən sonra 25% spirtə malik tam təbii nastoykalarımız satışa təqdim edilir.
Tibbi təsir : Bəzi nastoykalar immuniteti gücləndirir, həzmi asanlaşdırır, qan dövranına müsbət təsir göstərir.
• Meyvələrin tərkibindəki vitamin və antioksidantlar orqanizmin müdafiə sistemini dəstəkləyir.
• Həzm sisteminin fəaliyyətini yüngülləşdirir və yeməkdən sonra rahatlıq hissi yaradır.
• Qan dövranını stimullaşdıraraq yorğunluğun azalmasına kömək edir
Mədəniyyət və ənənə : Bəzi xalqlarda qonaqpərvərlik simvolu kimi qəbul edilir.
• Bir çox xalqlarda nastoykalar qonaqpərvərlik və dostluğun rəmzi kimi qəbul edilir.
• Xüsusi günlərdə və bayramlarda paylaşılması birlik və sevgi göstəricisi sayılır.
• Ənənəvi olaraq ailə süfrələrində isti atmosfer yaratmaq üçün təqdim olunur.
• Yerli meyvələrdən hazırlanması milli mədəniyyətin və təbiətin zənginliyini təcəssüm etdirir.
Unikal dəyər : Tamamilə təbii meyvələrdən hazırlanması ilə fərqlənir.
• Müasir texnologiya ilə qədim ənənənin birləşməsi orijinal dad və aroma təqdim edir.
• Yüksək keyfiyyətli spirt və təbii meyvələrin sintezi premium içki təcrübəsi yaradır.
• Hər bir şüşə yalnız dad deyil, həm də mədəniyyət və sağlamlıq elementlərini özündə birləşdirir.
Biz "Fruit Harmony" ilə sizə saflıq, keyfiyyət və zövq dolu bir təcrübə təqdim edirik.
Təbii meyvələrdən hazırlanan premium nastoykalar.
Yalnız seçilmiş meyvələr və təbii inqrediyentlərdən hazırlanır.
Hər butulka diqqətlə və məhdud sayda istehsal olunur.
Minimalist və zərif butulka dizaynı ilə lüksü əks etdirir.
İstehsalın hər mərhələsində keyfiyyət nəzarəti aparılır.
Meyvələr yerli təsərrüfatlardan birbaşa əldə edilir.
Məhsullarımız zövqünüzə və sağlamlığınıza dəyər verir.